TOP 10

Geryenin niyyəti Polşada oynamaq olub - 2 klubdan birinə keçmək istəyib

Futbol
Tarix: 2020-07-03 11:04

"Qarabağ"a geri qaytardığı haitili futbolçu Donald Gerye karyerasına Polşada davam etmək istəyib. Sport24.az Transfery.info saytına xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi niyyəti "Legiya" (Varşava) və "Visla" (Krakov) klublarında oynamaq olub.

 

Sadəcə, hər iki klub Geryeyə maraq göstərməyib və o, bu səbəbdən "Qarabağ"la razılaşıb. Donald adını çəkdiyimiz Polşa təmsilçilrindən "Visla"da 3 il (2013- 16, 75 oyun, 20 qol) forma geyinib. Onun həyat yoldaşı da polşalıdı. 

 

Qeyd edək ki, Gerye 2017-19-cu illərdə də "Qarabağ"da çıxış edib. Ötən yay "Neftçi"yə keçən Haiti millisinin üzvü mayın 31-də müqaviləsi başa çatdığı "ağ-qaralar"la yollarını ayırıb. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB