TOP 10

Azərbaycan klubu yamaykalı futbolçu ilə maraqlanır

Futbol
Tarix: 2020-07-03 10:00

"Yanvar ayında ölkə xaricinə oynamaq üçün getməli idim. Təəssüf ki, övladlarıma görə ayrıla bilmədim. Sonra isə koronavirus gəldi və buna görə ölkədə qaldım". Sport24.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin sabiq legioneri  Andre Klennon bildirib. 

 

Hazırda Vətənində Humble Lions" klubunda çıxış edən 31 yaşlı yamaykalı hücumçu yenidən ölkəmizdən təklif aldığını söyləsə də, həmin klubun adını açıqlamayıb: "Məqsəd daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa komandasına qayıtmaqdı. Çünki orada çox klub mənimlə maraqlanır". 

 

Qeyd edək ki, Andre 2018-ci ilin yanvarından 2019-cu ilin mayınadək "Keşlə"də çıxış edərək (26 oyuna 4 qol) Azərbaycan Kubokunun qalibi olub. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB