TOP 10

BOK prezidenti: "Əminəm ki, birlikdə bu böhranı aradan qaldıracağıq"

Olimpiada
Tarix: 2020-07-02 23:29

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) ilk ümumdünya konfransında pandemiyanın onların fəaliyyətinə zərər verdiyinə təəssüfləndiyini bildirib. Sport24.az xəbər verir ki, qurum rəhbər apardıqları mübarizənin, koronavirusun qlobal böhranı ilə əlaqədar qarşılaşdıqları vəziyyətin faydaları barədə onları düşünməyə məcbur etdiyini sözlərinə əlavə edib.

 

Bax  Olimpiadanın təxirə salınmasını, lakin buna baxmayaraq böhranın aradan qaldırılacağına inandığını bildirib: "Dünya Olimpiya ictimaiyyəti, idman mətbuatı bir neçə ay əvvəl “Tokio-2020” Olimpiadasının gələn ilə qədər təxirə salınması barədə qəbul etdiyimiz tarixi qərardan sonra narahatdır. Əminəm ki, birlikdə bu böhranı aradan qaldıracağıq. Bu çətin günlərdə dəyişməyən bir şey var ki, bu da bütün dünya üçün Olimpiya Oyunlarının həmrəyliyi və birliyidir”.

 

BOK rəhbəri idman mətbuatının öz işini davam etdirməsi üçün gələcəyə baxmalı olduğunu vurğulayıb. O, eyni zamanda konfransın idman jurnalistikasının gedişatını və gələcəyini müəyyən etmək baxımından əhəmiyyətini qeyd edib.

 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB