TOP 10

“Real”dan “İnter”ə 45 milyon avroluq transfer

Dünya Futbolu
Tarix: 2020-07-03 10:30

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib.


Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb. 


“İnter” 21 yaşlı oyunçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Madrid təmsilçisinin əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı var.


Hakimi son iki mövsümü Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Mərakeş yığmasının üzvü 2006-cı ildən “Real”ın futbol akademiyasına cəlb olunmuşdu.
 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB