TOP 10

AFFA avrokuboklarda təmsilçilərimiz üçün Nazirlər Kabineti ilə danışıqlar aparır

Futbol
Tarix: 2020-07-02 23:07

AFFA Nazirlərlər Kabineti ilə avrokuboklarda çıxış edəcək dörd Azərbaycan klubu ilə bağlı danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib: “Dünən bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla söhbətimiz olub. O, artıq bu işlə məşğuldur. Komandaların məşq etməsinə icazə alınması üçün işlər gedir, danışıqlar aparılır.

 

Avqustun ikinci həftəsindən komandalarımız avrokubok matçlarına çıxacaq. Ona görə də ən azı komandalar bir ay məşq keçməlidir. Təxminən iyulun ortalarından “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın məşqlərə başlaması üçün razılıq almaq istəyirik”.

 

“Bu il klublarımız uçuşlar olmadığından, Avstriya, Sloveniya və Türkiyə kimi ölkələrdə hazırlıq keçə bilməyəcək. Ona görə də həmin komandalar Bakıda hazırlıq keçməklə kifayətlənəcək.

 

PFL olaraq Qəbələ və ya Bakıda komandalar üçün turnir təşkil etmək istəyirik. Burada digər dörd Premyer Liqa klubu və I divizion komandaları da iştirak edə bilər. Bu barədə plan hazırdır. Sadəcə, dəqiq tarixi deyə bilmərik. Hər şey vəziyyətdən asılıdır”, - Ramin Musayev bildirib (oxu.az).

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB