TOP 10

Suares üçün mövsüm bitdi

Dünya Futbolu
Tarix: 2020-07-02 21:00

İspaniyanın “Selta” klubu ciddi itkiylə üzləşib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Denis Suares zədələnib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.


Ötən ilin yayında “Barselona”dan “Selta”ya keçən Suares, bu mövsüm La Liqada 26 oyunda iştirak edib. Yarımmüdafiəçi bu oyunlarda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


“Selta” La Liqada 33 turdan sonra 17-ci sıradadır.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB