TOP 10

Ronaldonun rekordu yeniləndi

Dünya Futbolu
Tarix: 2020-07-02 19:30

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Joelson Fernandes İtaliya "Yuventus"unda çıxış edən Kristiano Ronaldonun rekordunu yeniləyib. Sport24.az xəbər verir ki, hücumçu buna Portuqaliya çempionatının 29-cu turunda "Jil Visente" ilə matçda nail olub.

Fernandes 17 yaş 4 ay 3 günündə əsas komandada debüt edib. Ronaldo isə "Sportinq"də İtaliya "İnter"inə qarşı 17 yaş 6 ay 9 günündə meydana çıxıb. 


Qeyd edək ki, Ronaldo "Sportinq"də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə "Mançester Yunayted"ə keçib. 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB