TOP 10

Avroliqada yeni mövsümün tam təqvimi bilindi

Futbol
Tarix: 2020-07-02 18:00

UEFA futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb. Sport24.az qurumun saytına istinadən xəbər verir ki, növbəti mövsümdə turnirə avqustun 20-də start veriləcək, gələn il mayın 26-da isə yekun vurulacaq.
 

Avropa Liqasının yeni mövsümündə Azərbaycanın “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları mübarizə aparacaq. Hər üç klub mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.


Təsnifat mərhələsi
İlkin mərhələ – 20 avqust
Birinci təsnifat mərhələsi – 27 avqust
İkinci təsnifat mərhələsi – 17 sentyabr
Üçüncü təsnifat mərhələsi – 24 sentyabr
Pley-off mərhələsi – 1 oktyabr


Qrup mərhələsi
1-ci tur – 22 oktyabr
2-ci tur – 29 oktyabr
3-cü tur – 5 noyabr
4-cü tur – 26 noyabr
5-ci tur – 3 dekabr
6-cı tur – 10 dekabr


Final mərhələsi
1/16 final mərhələsi – 18-25 fevral 2021
1/8 final mərhələsi – 11-18 mart
1/4 final mərhələsi – 8-15 aprel
Yarımfinal mərhələsi – 29 aprel – 6 may.


Final
26 may

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB