TOP 10

Qabil Mehdiyev: "Beynəlxalq səviyyəyə çıxarası idman jurnalistlərimiz yetərincədir"

Digər
Tarix: 2020-07-02 17:00

"2 iyul dünyada idman jurnalistləri günü kimi qeyd edilir. Bu gün həm də polislərimiz üçün əlamətdardır. Fürsətdən istifadə edib Azərbaycan polisini də peşə bayramı günü münasibətilə təbrik edirəm". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev Beynəlxalq İdman Jurnalistləri Günü münasibəti ilə fikirlərini bölüşərkən deyib.

 

İdman jurnalistləri gününün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) yaranma tarixi ilə bağlı olduğunu xatırladan Mehdiyev hazırda dünyada idman mediasının digər sahələrlə müqayisədə daha geniş miqyaslı təşkilatlanmaya malik olduğunu bildirib. O, 162 ölkədən minlərlə idman jurnalistini birləşdirən AIPS-in Beynəlxalq Olimpiya Komitəsi və digər idman qurumları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb: "İdman jurnalistikasının problemlərini daim diqqət mərkəzində saxlayan bu qurum ildə bir dəfə, hər ölkədən iki nümayəndənin iştirakı ilə, özünün baş məclisi olan Konqresdə mühüm qərarlar qəbul edir".

 

Federasiya prezidenti Azərbaycanda idman jurnalistikasının vəziyyətinin normal olduğunu diqqətə çatdırıb: "Bizdə yetərincə peşəkar idman jurnalistləri var. İngilis dili problemləri olmasaydı, bir çox idman jurnalistimiz beynəlxalq səviyyədə tanınardı. Bunu, illərdir AIPS konqreslərində iştirak edərək gördüyüm reallığa əsasən deyirəm. Bu gün ölkə daxilində idman jurnalistikasının səviyyəsi məni qane edir. Beynəlxalq səviyyəyə çıxarası jurnalistlərimiz yetərincədir. Onların bu sahə üzrə peşəkarlığı yaxşı olsa da, xarici dil bilməmələri problemdir".

 

Mehdiyev idman mediasının maliyyə çətinliklərinə də diqqət çəkib: "Bu ilin əvvəlindən fəaliyyətə başlayan AİJF-nin əsas məqsədlərindən biri də məhz bu problemlərin həlli yollarını axtarıb tapmaq, hökümətlə əməkdaşlıq şəraitində bu sahənin inkişafına nail olmaqdır. Ümid edirəm ki, yaxın gələcəkdə öz əməkdaşlarını beynəlxlaq yarışlara ezam edə biləcək idman yönümlü media qurumlarının formalaşmasına nail ola biləcəyik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan idman jurnalistlərini beynəlxalq peşə günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".

 

Qeyd edək ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılıb. Əlamətdar gün münasibəti ilə Azərbaycandakı idman federasiyaları, futbol klubları idman jurnalistlərini təbrik edib.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB