TOP 10

Rəşad Eyubov Azərbaycanda danışıqlar apardığı klubun adını açıqladı: "Ukraynalı agentim Avropada mənimlə bağlı 3 ölkə üzərində çalışır"

Futbol
Tarix: 2020-07-02 15:17

Rəşad Eyubov onunla son söhbətimizdə '"Sabah"la başa çatan müqaviləsinin uzadılmasını ehtimalının az olduğunu gizlətməmişdi. Bu, çox keçməmiş reallıqda əksini tapdı. Belə ki, paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırdığını dünən rəsmən açıqlandı. Rəşadla bu dəfə əlaqə saxladıqda, gələcək karyerası ilə bağlı bir sıra məqamlardan konkret danışdı. 

 

- Karyeranı hansı klubda davam etdirəcəyin bilinirmi?

- Hələ ki "Zirə"ylə danışmışam. Yəqin ki, yaxın gələcəkdə nəsə aydınlıq gələr. Bu klub mənə müraciət edibsə, deməli, onlara bir futbolçu kimi maraqlıyam.

 

- Bu komandada 2 gün öncə baş məşqçi Zaur Həşimovla müqavilənin uzadılmayaraq yollar ayrıldı. Maraqlıdı, danışığının kiminlə olub? Həşimovla, yoxsa rəhbərliklə?

- Zaur müəllimin gedişinədək rəhbərliklə söhbətim olub. Yeni baş məşqçiyə lazım olmağıma gəlincə, bu, həmin mütəxəssisdən asılı olacaq. Hər halda, rəhbərliyin fikri az əhəmiyyətli deyil. İnkişafın iki növü var - baş məşqçiyə uyğun futbolçular götürürlər və yaxud əksinə. Ona görə də prinsipcə, düşünmürəm ki, bu, problem ola bilər. də 

 

- İndi belə çıxır ki, "Zirə"dən müqavilə imzalamaqla bağlı zəng gözləyirsən?

- Daim əlaqədəyik. Həşimovun istefasından sonra 2 gündə də rəhbərlik mənimlə əlaqə saxlayır. Deməli, mənə maraq yenə var. Bəzi detallar var ki, onu müzakirə etmişik. Ümid edirəm ki, yaxın vaxtda hər şey həll olunacaq. 

 

- Anlaşmanın müddətini danışmısınız?

- Yox, belə detalları hələ ki müzakirə etməmişik. 

 

- Rəhbərlikdən yeni baş məşqçinin kim olacağı ilə maraqlanmamısan?

- Yalnız mətbuatında olan yazıları, söz-söhbətlərdən xəbərdaram. Yeni baş məşqçiylə bağlı əqiq məlumatım yoxdu.

 

- Söz-söhbətlər nə deyir? Adaşın Rəşad Sadıqov olacaq?

- Yazılanlara əsasən, adaşımın bura gəlməsi variantı var. Açığı, mənə onunla işləmək maraqlı olardı. 

 

- Başqa variantların varmı?

- Azərbaycanı götürsək, mənim üçün prioritet "Zirə"di. 

 

- Bəs, Azərbaycandan kənarda? Bildiyimə görə, ukraynalı nüfuzlu, yaxşı əlaqələri olan agentin var və Macarıstan variantının reallaşması üzərində çalışır...

- Doğrudu, belə menecerim var. 

 

- İndi koronavirus pandemiyasını, hava sərdlərinin bağlanmasını nəzərə alsaq, bu variant artıq real olmaz, yoxsa..?

- Yox, niyə ki? Yenə realdı. Aydın məsələdir ki, hava sərhədləri bağlıdı. Ancaq əvvəlla, sərhədlər həmişəlik belə olmayacaq, 10 illik bağlanmayıb ki. İkincisi də maraq olacaqsa, həmin komandaya qoşulmaq üçün bir yol tapmaq olar.  

 

- Bu ölkədə konkret klubdan təklif var, yoxsa ümumi maraqdı?

- Məsələ ondadır ki, Mcaraıstanda son mövsüm yalnız ötən həftə başa çatıb. İndi-indi klubların yeni çempionat strategiyası, büdcələri formalaşdırılır. Buna görə də düşünürəm ki, bir az vaxt keçməlidi.

 

- Niyə məhz bu ölkə? Agentinin orayla yaxşı əlaqələri var? Çünki Macarıstan legioner həyatı yaşamaq baxımından adət etmədiyimiz ölkədi...

- Əvvəla. söhbət təkcə Macarstandan getmir. Burda 3 ölkə nəzərdən keçirilir, digər ikisi Avstriya və Çexiyadı. Bizim futbol coğrafiyasını götürsək, Avropanın bir çox ölkələri bizim üçün adət etmədiyimizdi.

 

- Hər halda, onu nəzərə alaq ki, Macarıstan klubu inidyədək heç vaxt azərbaycanlı futbolçu transfer etməyib...

- Razıyam. Biri var ki, real variantdı, müqavilə imzalayıram. biri də var ki, səni bir-iki həftə gözləməyi məsləhət görürlər. Bu isə bir az problemi, əsəbi vəziyyətdi. 

 

- Necə deyərlər. soğan olsun, nağdı olsun və "Zirə"ylə müqavilə imzalamağın gündəmə gələrsə, Avropa variantı arxa plana keçəcək...

- Elədi. Hər bir futbolçu üçün müəyyənlik vacibdi. Ona qalsa, hər bir insana. Başa düşməlidi ki, onu gələcəkdə nə gözləyir. Ancaq prinsipcə, vaxtım var və heç yerə tələsmirəm. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB