TOP 10

UEFA millimizin çıxış etdiyi seçmə mərhələ ilə bağlı yeni qərar verdi

Futbol
Tarix: 2020-07-02 14:00

UEFA 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatı ilə bağlı yeni qərar qəbul edib. Sport24.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincilərinin pley-off görüşləri keçirilməyəcək. V

 

Verilən qərara əsasən, 2-ci yeri tutanlar arasında ən yaxşı 5 komanda 9 liderlə birlikdə turnirin final mərhələsinə vəsiqə qazanacaq. Təşkilatçı ölkələr - Sloveniya və Macarıstan isə final mərhələsinə birbaşa vəsiqə qazanıb.

 

Macarıstan A və C, Sloveniya isə B və D qruplarında keçiriləcək oyunları qəbul edəcək. Turnirin final oyunu 2021-ci il iyunun 6-da Sloveniyada baş tutacaq.

 

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində İsveçrə, Fransa, Gürcüstan, Slovakiya və Lixtenşteynlə birgə eyni qrupda mübarizə aparır. Serbiyalı baş məşqçi Milan Obradoviçin çalışdırdığı yığmamız 6 oyundan sonra 6 xalla qrupda 5-cidir. Gürcüstan və Slovakiya da eyni xal toplayıblar və 3-4-cü yerləri bölüşürlər. İsveçrə 12 xalla 1-ci, Fransa 9 xalla 2-ci yerdə qərarlaşıb. Son pillədə isə 3 xalı olan Lixtenşteyn gedir. 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB