TOP 10

"Beşiktaş"ın 5 qat Azərbaycan çempionuna təklif etdiyi məbləğ bilindi

Futbol
Tarix: 2020-07-02 13:00

"Liverpul"dan icarəyə götürdüyü Loris Karius ilə yollarını ayıran "Beşiktaş" qapıçı axtarışını davam etdirir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Ərzurumspor"la müqaviləsi bitəcək İbrahim Şehiçi transfer etməkdə maraqlı olaraq qalır. 

 

Belə ki, "qara qartallar" bosniyalı qolkiperə illik 400 min avro (əlavə olaraq 150 min avro agent haqqı) maaş ödəməyə hazırdı. Tərəflər arasında danışıqlar davam edir və yaxın həftələrdə transferin tamamlanacağı gözlənilir.

 

Xatırlaraq ki, 31 yaşlı Şehiç 2013-18-ci illərdə "Qarabağ"da çıxış edərək 5 dəfə Azərbaycan çempionu olub. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçib. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB