TOP 10

"Zirə"nin legioneri yaxşı komandalarının olmasından bəhs etdi: "Bütün günü evdə qalmaq çox çətindi"

Futbol
Tarix: 2020-07-02 11:18

"Aktiv həyat tərzinə alışdığınız zaman bütün gün məşq edirsiniz, fərqli fəaliyyətləriniz olur. Amma indi bütün günü evdə oturmaq məcburiyyətində qaldığımız üçün çox çətindir". Sport24.az xəbər verir ki, bunu "Zirə"nin moldovalı futbolçusu George Anton deyib.

 

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə qalan və gününün çoxunu evdə keçirən 27 yaşlı yarımmüdafiəçi bunun çətinliklərindən bəhs edib. O, gün ərzində iki saat vaxtının olduğunu və bunu idmanla dəyərləndirdiyini bildirib: "Həyat yoldaşım və qızımla birlikdə olmaq bir fürsətdir. Boş vaxtlarımda kitab oxuyuram. Gün ərzində evdən 2 saatlıq çıxmaq mümkündür. Onda da dostlarımla tennis, futbol tennisi, bir sözlə, müxtəlif oyunlar oynayırıq. Hər zaman hərəkətdəyik".

 

Anton "Zirə"nin 20-ci turdan sonra başa çatdırılan son çempionatımızda 5-ci yeri tutmasını da dəyərləndirib: "Yaxşı komandamız var. Avropa Liqasına vəsiqə qazanan 4-cü yerin sahibi ilə eyni sayda xal toplasaq da, top fərqinə görə onlar ("Sumqayıt"-red.) avrokuboklara yollandılar".

 

Qeyd edək ki, Georgenin "Zirə" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB