TOP 10

PFL-12!

Futbol
Tarix: 2020-07-02 10:12

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) ad günüdü. Sport24.az saytı xəbər verir ki, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 12 yaşı tamam olur. 

 

PFL AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. İlk gündən quruma Ramin Musayev rəhbərlik edir. O, bu vəzifəyə 3-cü dəfə seçilib.

 

PFL-in bu müddətdə əsas fəaliyyəti daxili yarışların keçirilməsindən ibarətdir. Premyer Liqanı, I Divizion və Azərbaycan Kubokunu keçirən qurum bir sıra yeniliklər etməsi ilə də seçilib. Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı, habelə 1 dəfə keçirilən Azərbaycan Super Kuboku buna misaldı.

 

PFL-in yaranmasından sonra milli çempionatımızın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar məhz son 10 ilə təsadüf edib. Bunun da sayəsində Azərbaycan UEFA-nın reytinq siyahısında son sıralardan qurtularaq ldən-ilə daha yüksək mövqelərə qalxır. Belə ki, ölkəmiz 10 il əvvəl UEFA reytinqində 42-ci idisə, bu müddətdə 23-cü yerədək irəliləyə bilib, hazırda 26-dı.  

 

Sport24.az saytı PFL-i ad günü münasibətilə təbrik edir, qurumun bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edir. 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB