TOP 10

"Neftçi"nin avrokuboklardan kənarlaşdırdığı komandada baş məşqçi istefası

Futbol
Tarix: 2020-07-02 10:00

İqor Çerevçenko Rusiyanın "Arsenal" klubunun baş məşqçi vəzifəsini tərk edib. Sport24.az xəbərverir ki, bu qərar Premyer Liqanın XXV turunda "Axmat"a 1:3 hesablı ev məğlubiyyətindən sonra çıxarılıb.

 

45 yaşlı rusiyalı mütəxəssisin xahişi təmin olunub. Komandanı mövsümün son tur qarşılaşmalarına "Arsenal"ın farm-klubunda çalışmış Sergey Podpalı və gənclərdən ibarət komandanın məşqçisi Nikolay Kovardayev hazırlayacaq. Cari mövsümdə "Arsenal" sona 5 tur qalmış 28 xalla 10-cu yerdə gedir. 

 

Qeyd edək ki,  Çerevçenko "Arsenal"a 2018-ci ilin payızında baş məşqçi təyin olunub. Komanda məhz onun rəhbərliyi altında tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.. Lakin qitəmiqyaslı yarışında debüt çox uğursuz olunub. Belə ki, Tula klubunun  ötən yay mübarizəyə başladığı Avropa Liqasının II təsnifat mərhələsində qarşısını "Neftçi" 1:0 və 3:0 hesablı qələbələrlə kəsib.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB