TOP 10

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdü

Futbol
Tarix: 2020-07-02 09:26

Bu gün idman jurnalistlərinin peşə bayramıdı. Sport24.az xəbər verir ki, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
 

1924-cü ilin məhz bu günü Fransanın paytaxtı Parisdə yaradılan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) yubileyini qeyd edir. Belə ki, qurumun 96 yaşı tamam olur. 150-dən artıq ölkənin milli təşkilatı onun üzvüdü. İdman mediasının peşə bayramı 1995-ci ildən AIPS-in təşəbbüsü ilə keçirilir. Eldar İsmayılovun prezidenti olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 1995-ci ildən bu qurumda ölkəmizi təmsil edir. 

 

2020-ci ilin yanvarın 10-da Azərbaycan İdman Jurnalistləri Federasiyası təsis olunaraq təqdimatı olub. Qurumun prezidenti "İdman" qəzetinin baş redatoru Qabil Mehdiyevdi. 

 

Sport24.az bütün həmkarları peşə bayramı münasibətilə təbrik edir və işlərində yaradıcılıq uğurları arzulayır. 

 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB