TOP 10

Fransa klubundan yeni transfer

Dünya Futbolu
Tarix: 2020-07-02 12:00

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc yarımmüdafiəçi Pape Queyeni heyətinə qatıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Havr”dan transfer edilən 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Pape yeni komandasında 22 nömrəli formanı geyinəcək.


Queye “Havr”ın öz yetirməsidi. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB