TOP 10

Geryenin "Qarabağ"a dönüşü reallaşdı: "Geri qayıtdım, anlaşma tamamdı" - FOTO

Futbol
Tarix: 2020-07-01 19:42

Son mövsümü "Neftçi"də keçirərək yollar ayrılan haitili legioner Donald Gerye "Qarabağ"a qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə 31 yaşlı sol cinah müdafiəçisi şəxsi "Instagram" hesabından məlumat verib.

 

Gerye Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb: "Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidir. Geri qayıtdım. Anlaşma tamamdı".

 

Donaldın 2017-19-cu illərdə çıxış etdiyi Ağdam klubu ilə "1+1 il" şərtiylə müqavilə imzalayacağı gözlənilir.

 

Xatırladaq ki, Gerye "Neftçi"də 14 oyun keçirib, 1 qol vurub. 

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB