TOP 10

Mozambilklidən 3 qol, "Qəbələ"də 3-cü dəfə

Futbol
Tarix: 2020-07-01 18:45

“Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan Kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub. Sport24.az xəbər verir ki, 3 qol vuran mozambikli yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridi.

 

Bauk “Keşlə”nin hücumçusu Xəzər Mahmudovla şərikli bombardir olub. “Qırmızı-qaralar” cari mövsüm Kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan komandanın yarımfinala yüksəlməsinə mozambikli legioner öz qolları ilə töhfə verib. O, “Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.

 

Klesio “Qəbələ”nin tarixinə Azərbaycan Kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB