TOP 10

"Neftçi" baş məşqçi ilə bağlı qərar verdi

Futbol
Tarix: 2020-07-01 18:26

"Neftçi" qarşıdakı mövsüm üçün baş məşqçi postuyla bağlı qərar verib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu vəzifəni müvəqqəti icra edən Fizuli Məmmədovla əməkdaşlığı davam etdirmək barədə ortaq fikrə gəlib.

 

43 yaşlı mütəxəssislə yaxın vaxtda 1 illik müddətə müqavilə imzalanacaq.


Qeyd edək ki, Məmmədov "Neftçi"də Roberto Bordinin köməkçisi olub. O, italiyalı mütəxəssis qış fasiləsində istefaya göndəriləndən sonra mövsümün sonunadək baş məşqçi təyin edilib. Məmmədov yarımçıq qalan 2019/20 mövsümündə komandaya gümüş medal qazandırıb. 
 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB