TOP 10

Messi – 700!

Dünya Futbolu
Tarix: 2020-07-01 15:20

İspaniya La Liqasının 33-cü turunda “Barselona”nın “Atletiko” ilə 2:2 hesablı bərabərliyə razılaşdığı oyun hücumçusu Lionel Messi üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, argentinalı futbolçu, qarşılaşmada katalonların 2-ci qolunun müəllifi olub. Bununla da, o, karyerası ərzində vurduğu qolların sayını 700-ə çatdırıb.
 

Hazırda karyerasını davam etdirən futbolçular arasında sadəcə iki nəfər bu göstəriciyə imza atmağı bacarıb. Messidən başqa, “Yuventus”un futbolçusu Kriştiano Ronaldo da karyerasında 700 qol həddinə çatıb.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB