TOP 10

Azərbaycanda daha bir çempionat dayandırıldı - ÇL-də bu klub oynayacaq

Futzal
Tarix: 2020-07-01 14:00

Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

 

İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.

 

Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.

 

Qərara əsasən, UEFA Çempionlar Liqasının (ÇL) 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

 

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Araz

19

19

0

0

139-34

57

2

Marafon FK

19

15

0

4

131-46

45

3

EKOL

19

15

0

4

108-52

45

4

Neftçi İK

19

13

0

6

79-66

39

5

Baku Fire

19

10

1

8

79-84

31

6

Bakı TFK

19

6

2

11

76-99

20

7

Premier (Quba)

19

4

2

13

63-110

14

8

Record club

19

4

2

13

64-110

14

9

Xızı Futzal

19

4

1

14

65-120

13

10

Yasamal İSK

19

1

0

18

59-142

3

Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) - 29 qol

 

Qeyd: AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu  il tarixli, 13 nomrəli protokoluna əsasən, “Neftçi” İK – “Baku Fire” oyununda “Neftçi” İK-nın heyətində adı protokolda olmayan futzalçı meydana çıxdığına görə, matçın nəticəsi ləğv edilib, “Neftçi” İK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.

 

"Premier" (Quba) komandası 3 dəfə Yüksək Liqa təqviminin oyununa çıxmadığına görə, AFFA-nın İntizam Komitəsinin 17 mart 2020-ci  il tarixli qərarı ilə yarışdan kənarlaşdırılıb.

 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB