TOP 10

“Sumqayıt”da gözlənilməz ayrılıq

Futbol
Tarix: 2020-06-30 21:54

“Sumqayıt” Şəhriyar Əliyevin ardından daha bir futbolçusu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, sözügedən klub Mehdi Şərifi ilə də müqaviləyə xitam verib.


İranlı hücumçunun sumqayıtlılarla daha bir illik müqaviləsi var idi. Lakin o, klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini bildirib. Şərifinin belə qərar qəbul etməsinə Azərbaycan futbolundakı mövcud vəziyyət təsir edib. Məsələ burasındadı ki, milli çempionatımızda 2019/20 mövsümü vaxtından əvvəl yekunlaşdırıldı, yeni mövsümlə bağlı isə qeyri-müəyyənlik hökm sürür. Bu üzdən də Mehdi “Sumqayıt”la müqaviləsinin ləğvini istəyib. Klub rəhbərliyi isə ona azad agent statusu verib.


27 yaşlı forvard artıq ölkəsinə qayıdıb. Onun yaxın günlərdə İran klublarından biri ilə müqavilə bağlaması gözlənilir.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB