TOP 10

Afrika Millətlər Kubokunun yeni tarixi açıqlandı

Dünya Futbolu
Tarix: 2020-07-01 09:00

Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.


Turnir 2022-ci ilin yanvarında baş tutacaq. 


Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı. 


Turnir daha əvvəl 2021-ci ilin iyuluna təyin edilmişdi. Afrika Millətlər Kubokunun təxirə salınması 2023-cü ildə Kot d İvuarda keçiriləcək analoji yarışa da təsir edə bilər.


Koronavirus pandemiyasına görə yarımfinal mərhələsindən dayandırılan 2020-ci ilin Afrika Çempionlar Liqasının da aqibətinə aydınlıq gəlib. Belə ki, bu turnirin qarşılaşmaları tək oyundan ibarət olmaqla Kamerunda təşkil olunacaq. Konfederasiyalar Kubokunun görüşləri isə Mərakeşdə keçiriləcək. Qadınlar arasında 2020-ci ilin Afrika Millətlər Kuboku isə tamamilə ləğv olunub.

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB