TOP 10

“Keşlə”dən növbəti transfer - RƏSMİ

Futbol
Tarix: 2020-06-30 16:31

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt klubu Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.  


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Karyerası ərzində ölkəmizdə “Karvan”, “Neftçi” və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub. 

 

Xatırladaq ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" bunadək müdafiəçilər - "Neftçi"dən Tural Axundovu, "Sumqayıt"dan Şəhriyar Əliyevi transfer edib. 
Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub. 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB