TOP 10

AFFA-dan Roy Kin açıqlaması

Futbol
Tarix: 2020-06-30 12:20

AFFA Azərbaycan milli komandasının baş məşqçi postuna İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib. Sport24.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib. 

 

O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib. 

 

"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb" - deyə milli assosasiya rəsmisi əlavə edib (report.az).

 

Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb.

 

1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olan oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasınə geyinib. 

 

Baş məşqçi kimi isə Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub.

 

Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB