TOP 10

Millimizin baş məşqçisi postuna yeni namizəd - "Mançester Yunayted"in əfsanəsi 48 saata cavab verməlidi

Futbol
Tarix: 2020-06-30 10:11

Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd əlavə olunub. Sport24.az xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin yığmamızı çalışdıra bilər.

 

Bu barədə "Sun" nəşri məlumat yayıb. Bildirilir ki, AFFA artıq Kinlə danışıqlara start verib. Hətta şərtlərin 49 yaşlı irlandiyalı mütəxəssis üçün cəlbedici ola biləcəyi və onun təklifi qəbul edəcəyi vurğulanıb.  Lakin o, doğru seçim etdiyinə əmin olmaq istəyir. 

 

Kin 48 saat ərzində təklifi cavablandırmalıdır. Çünki assosiasiya ondan tez qərar verməyi tələb edib və baş məşqçi axtarışları üçün müddət bitmək üzrədi.

 

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir. 

 

Qeyd edək ki, Roy Kin ötən il "Nottingem Forest"də köməkçi məşqçi vəzifəsini icra edib. O, hazırda televiziya kanalında şərhçi kimi çalışır.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB