TOP 10

A Seriyasına ilk vəsiqənin sahibi - İnzaqinin komandası

Dünya Futbolu
Tarix: 2020-06-30 13:00

Futbol üzrə İtaliya B Seriyasında sona yeddi tur qalmış birinciliyi təmin edən “Benevento” eyni zamanda növbəti mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb. Sport24.az xəbər verir ki, Filippo İnzaqinin çalışdırdığı sözügedən komanda 31-ci tur çərçivəsində “Yuve Stabio” ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.


31 oyuna 76 xal toplayan “Benevento” artıq bütün rəqibləri üçün əlçatmaza çevrilib. Sözügedən komandanın əsas izləyicisi “Krotone”nin 52 xalı var.


“Benevento” tarixində ikinci dəfə A Seriyasında oynamaq hüququ əldə edir. Bu klub ilk dəfə 2017/18 mövsümündə elitada mübarizə aparıb, amma sonuncu yeri tutaraq yenidən B Seriyasına yuvarlanıb.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB