TOP 10

İtaliya klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-06-30 11:30

İtaliyanın “Verona” klubu yarımmüdafiəçisi Migel Velozo ilə müqavilənin müddətini artırıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

Portuqaliyalı futbolçu yeni müqaviləyə əsasən daha bir il sözügedən klubun uğurları üçün çalışacaq. Ötən il “Cenoa”dan “Verona”ya transfer olunan 34 yaşlı futbolçunun əvvəlki müqaviləsi də bir illik idi və müddəti iyunun 30-da başa çatmalı idi.


Portuqaliya yığmasında 50-dən çox oyun keçirmiş Veloso, “Cenoa” və “Verona”dan əvvəl Lissabon “Sportinq”i ilə Kiyev “Dinamo”sunda da forma geyinib.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB