TOP 10

“Yuventus”un futbolçusu rəsmən “Barselona”da

Dünya Futbolu
Tarix: 2020-06-29 23:00

İspaniya nəhəngi “Barselona” İtaliya çempionu “Yuventus”un futbolçusu Miralem Pyaniçi transfer edib. Sport24.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
 

La Liqa təmsilçsiinin bu transfer üçün 60 milyon avro ödəyəcəyi bildirilib. “Yuventus” bonuslar da nəzərə alınmaqla daha 5 milyon avro gəlir əldə etmək şansına malikdi.


30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq. “Barselona” ona 400 milyon avro qiymət qoyub.


Qeyd edək ki, "Barselona"nın futbolçusu Artur da bu gün "Yuventus"a transfer olunub. “Yuventus” ona görə 72 milyon avro ödəyəcək. “Barselona” daha 10 milyon avro da bonuslardan gəlir gözləyir.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB