TOP 10

Əsgərov üçün 21 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2020-06-29 22:00

Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Metta/LU” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.


Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı 69-cu dəqiqədə meydana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Əsgərov bu oyunda fərqlənə bilməsə də, 90-cı dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.


Dörd turdan sonra 6 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 7-cidi.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB