TOP 10

Azərbaycan milli komandasının yeni baş məşqçisinin müqavilə şərtləri necə olacaq?

Futbol
Tarix: 2020-06-29 17:20

Artıq sentyabrın əvvəlində Millətlər Liqasının qrup mərhələsinə start veriləcək. Azərbaycan yığması Lüksemburq, Monteneqro və Kipr ilə bir qrupda mübarizə aparmalı olacaq. Azərbaycan çempionatının təxirə salınmasını, həmçinin ölkənin "1 nömrə"li komandasına namizədlərin demək olar ki, hamısının yerli klublarda oynamasını nəzərə alsaq, vəziyyət kritikdi. Və iş onda deyil ki, millidə baş məşqçi məşqçi yoxdu, söhbət həm də oyunçuların vəziyyətindən gedir. 


Kim oynadılacaq? Qısa müddətdə kim ən yaxşı forma ala biləcək? Bəli, Millətlər Liqası başlamazdan əvvəl hələ avrokubok oyunları var. Ancaq bu oyunların fonunda da lazımi kondisiyaları yığmaq mümkün deyil. Beləliklə, millinin yaxın perspektivləri ilə bağlı artıq indidən məyusedici proqnoz vermək mümkündü.
 

Əlbəttə ki, tam şəkildə təlim-məşq toplanışlarından keçəndən, yoldaşlıq görüşləri oynayandan sonra da futbolçularımızın müsbət nəticələrlə sevindirmədiyini unutmuruq. Bəs, indi nə olacaq? Düşünmək belə dəhşətlidi!
 

Bax, belə çətin və bəlkə də ümidsiz bir vəziyyətdə nəinki milli komandanın baş məşqçisi olacaq, həm də milli komandanın özü. Bu vəziyyətdə nə gözləmək lazımdı? Yaxşı heç nə! Ancaq problem təkcə bununla deyil. Daha bir suala cavab verilməlidi: millinin yeni baş məşqçisi ilə nə qədər müddətə müqavilə bağlanacaq?
 

Fakt budur ki, Millətlər Liqası qısamüddətli bir turnirdi və yalnız 3 aylıq bir dövrü əhatə edir. Bir neçə gündən sonra iyulun gələcəyini nəzərə alsaq, baş məşqçi təyinatı avqustda baş tutacaq. Beləliklə, ağlabatan bir sual ortaya çıxır: millini cəmi 4 ay idarə etməyə kim razıdı? Özü də çalışdırıcının nə təlim-məşq toplanışına, nə də yoxlama oyunlarına vaxtı olacaq. Bax, belə bir durğun vəziyyət. 
 

Alternativ varmı?

 

Bizə elə gəlir ki, bu variant mövcuddu və çox güman ki, AFFA da  məhz belə bir addım atacaq. Söhbət başqa şərtlərlə müqavilə bağlanılmasından gedir. Assosiasiyanın 2-3 il müddətinə müqavilə imzalaması ehtimalı azdır. Axı, bu da iskli bir addımdı. Axı, yeni təyin olunan baş məşqçinin bu vəzifədə necə özünü göstərəcəyini heç kim deyə bilməz. Tam bir uğursuzluq olarsa?

 

Ancaq digər tərəfdən, hər hansı bir mütəxəssisin gələcək iş perspektivi olmadan 4 ay müddətində bir komandanı qəbul etmək istəməsi ehtimalı azdır. Məhz bu, alternativ barədə düşünməyə məcbur edir.

 

Bizə elə gəlir ki, ideal olaraq potensial namizədə 4 ay + 1 il müddətinə müqavilə təklif olunmalıdı. Bu şərtlər nə deməkdi? Yuxarıda qeyd etdiyimiz kimi, heç kim qarşıdakı Millətlər Liqasına hazırlaşmaq üçün heç bir şəraiti olmadan 3-4 ay müddətində milliyə rəhbərlik etmək istəməz. Həm də aydındır ki, AFFA uzunmüddətli müqaviləyə bağlanmaqla risk etmək istəmir. Bax, məhz bu səbəbdən hər iki tərəfin əllərində müəyyən təminatlar olmalıdı.

 

Bəzi nümunələr gətirək. 

 

1) Azərbaycan  millikomandası qrupun qalibi olarsa, baş məşqçi ilə müqavilə daha bir il uzadılır və maaşı iki dəfə artırılır.

 

2) Azərbaycan milli komandası qrupda ikinci yeri tutarsa, baş məşqçi ilə müqavilə daha bir il uzadılır.

 

3) Azərbaycan milli komandası qrupda 3 və ya 4-cü yeri tutarsa, AFFA əməkdaşlığı dayandırmaq hüququna malikdi.

 

Müqavilənin hansı formada imzalanacağını indi söyləmək mümkün deyil. Həm də müqavilənin kimlə imzalanacağını deyə bilmərik. İndidən yüksək ehtimalla yalnız bir şeyi proqnozlaşdırmaq olar: avqustda Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı bilinəcək.
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB