TOP 10

İtaliyalı baş məşqçi azərbaycanlı futbolçuyla bağlı qərarını dəyişdi

Futbol
Tarix: 2020-06-29 17:00

Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ında qala bilər. Sport24.az xəbər verir ki, Rusiyanın ən titullu klubu 23 yarımmüdafiəçi ilə bağlı fikrini dəyişib.

 

Düzdür, intizamsız davranışlarına görə bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılan Ayaz cari mövsümün sonuna qədər çempionatda iştirak etməyəcək. Ancaq italiyalı baş məşqçi Domeniko Tedesko mövsümlərarası fasilədəki təlim-məşq toplanışında Quliyevə şans verəcək. Həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.

 

Qeyd edək ki, Ayazın xidmətində ən çox maraqlı olan klub sabiq komandası "Rostov"du. Cari mövsüm Premyer Liqada 11 matçda iştirak edən futbolçunun "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB