TOP 10

Millimizin sabiq baş məşqçisi iddialı danışdı: "Komandanı liqada saxlayacağıq"

Futbol
Tarix: 2020-06-29 16:07

Türkiyə Super Liqasının 29-cu turunda səfərdə "Sivasspor"u 2:0 hesabı ilə məğlub edən "Kayserispor"un baş məşqçisi Robert Prosineçki qələbəni şərh eddib. Sport24.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı olan xorvatiyalı mütəxəssis bu mövsüm evində məğlubiyyəti olmayan komandaya qalib gəldiklərini vurğulayıb: "Həqiqətən də yaxşı performansa buna nail olduq. Futbolçularla birgə yaxşı iş gördük. Mən komandaya gələndə 10 xalı var idi və hamı aşağı liqaya düşəcəyimizi deyirdi. Artıq mövsümün ikinci yarısında 18 xal yığdıq və bu, əla göstəricidir. Sona qədər mübarizə aparacağıq. Qələbəni unudub, "Beşiktaş"la oyuna hazırlaşmalıyıq. Çalışmağa davam edəcəyik və "Kayserispor"u liqada saxlayacağıq".

 

"Kayserispor" 28 xalla Super Liqanın turnir cədvəlinə 16-cıdır. Komanda 15-ci yerdəki "Yeni Malatyaspor"la eyni xal yığıb, "Rizəspor"dan isə bir xal geri qalır. "Konyaspor" 27 xalla 17-ci, "Ankaragücü" 25 xalla 18-cidir.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB