TOP 10

İmamverdiyev "Sabah"ı "Keşlə"yə dəyişməsi xəbərini təsdiqlədi: "Sopiçin sisteminə uyğun deyildim, Əhmədovun oynatdığı futbol üslubunu sevirəm"

Futbol
Tarix: 2020-06-29 13:09

"Sabah" rəhbərliyi ilə qarşılıqlı razılaşdıq, müqaviləyə xitam verdik". Sport24.az xəbər verir ki, bunu "Keşlə"nin yeni transferi Cavid İmamverdiyev deyib.

 

"Sabah"la yollarını ayıraraq "Keşlə"yə keçən 30 yaşlı futbolçu bu dəyişiklikdə bəzi amillərin rol oynadığını bildirib. İmamverdiyev "Sabah"dan getməsini baş məşqçinin oyun sisteminə uyğun gəlməməsi ilə əlaqələndirib: "Bu barədə çox danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, orada baş məşqçinin oyun sisteminə uyğun deyildim".

 

O, 1 illik müqavilə imzaladığınə "Keşlə"yə keçidini də dəyərləndirib: "Keşlə"ni seçməyimin əsas səbəbi bu komandanın Avropa Liqasına vəsiqə qazanmasıdır. Zaur Axundovu çoxdan tanıyıram, həmçinin Tərlan Əhmədovla birlikdə işləmişəm. Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. Tərlan müəllimin oynatdığı futbol üslubunu da sevirəm. İnanıram ki, yaxşı anlaşacağıq və mən də onların bu qərara görə peşman olmamaları üçün əlimdən gələni edəcəm. Eyni zamanda, müntəzəm çıxış edərək, yenidən milli komandaya düşmək arzusundayam. Yığmanın aparıcı oyunçularından olmağı çox istəyirəm" (apasport.az).

 

Erkən başa çatdırılan mövsümdə 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə əldə edən "Keşlə" yay fasiləsində hələlik Cavid İmamverdiyevlə yanaşı, Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb.

 

Qeyd edək ki, 30 yaşlı İmamverdiyevin "Sabah"dan "Keşlə"yə keçəcəyi bağlı xəbəri ilk olaraq Sport24.az və Football24.az sayıb. 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB