TOP 10

6 illik “İnter” karyerası: 0 oyun, 2 qırmızı vərəqə

Dünya Futbolu
Tarix: 2020-06-29 14:00

“İnter”in 3-cü qapıçısı Tommaso Berni dünya futbol tarixində nadir görüləcək bir statiskaya imza atıb. Sport24.az xəbər verir ki, 37 yaşlı qapıçı A Seriyasının 38-ci turunda səfərdə “Parma”ya qarşı görüşdə (2:1) qırmızı vərəqə alıb.


Bu, təcrübəli futbolçunun “İnter” karyerasında ikinci “qırmızı”sıdır. O, yenə bu mövsüm “Kalyari” ilə qarşılaşmada (1:1) ehtiyat oyunçular skamyasında ola-ola qırmızı vərəqə ilə cəzalandırılmışdı.


Berni 2014-cü ildən “İnter”də çıxış edir. O, geridə qalan 6 il ərzində heç bir rəsmi qarşılaşmada oynamayıb. Onun Milan klubundakı 6 illk karyerası iki qırmızı vərəqədən ibarətdir.


İtaliyalı qapıçı karyerası ərzində A Seriyasında cəmi 9 oyun keçirib. Qolkiper daha öncə “Torino”, “Latsio”, “Sampdoriya” kimi klubların formasını geyinib. Berninin “İnter”lə müqaviləsi mövsümün sonuna kimidi.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB