TOP 10

Millimizin üzvü qətl işinə görə axtarışa verildi: "Cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib" - FOTO

Güləş
Tarix: 2020-06-29 12:30

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib. Sport24.az xəbər verir ki, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur.

 

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb: "Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir" (report).

 

Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.

 

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub.
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB