TOP 10

"Zirə"nin ən çox sevindirdiyi, özünün isə sevinə bilmədiyi

Futbol
Tarix: 2020-06-29 11:00

Azərbaycan Premyer Liqasında yarımçıq qalan 2019/20 mövsümündə 7 avtoqol qeydə alınıb. Sport24.az xəbər verir ki, yalnız "Zirə" öz qapısına qol vuran futbolçunun faydasını görməyib.

 

Əvəzində isə rəqibləri ən çox "qartallar"ın avtoqollarına şahid olub. Belə ki, yunan müdafiəçi Anastasios Papazoğlu "Qarabağ"ı, azərbaycanlı həmkarı Tellur Mütəllimov isə "Sumqayıt"ı sevindirib. Bununla da "Zirə" avtoqollarda antirekordçudu. 

 

Ümumiyyətlə, 7 klub hərəyə 1 dəfə rəqibin avtoqoluyla irəli düşüb. Belə ki, "Neftçi" "Səbail"in braziliyalı müdafiəçisi Eriko da Silvanın, "Keşlə" "Qarabağ"ın yarımmüdafiəçisi Hacıağa Hacılının, "Sabah" "Qəbələ"nin hücumçusu Ehtiram Şahverdiyevin, "Səbail" "Sabah"ın arxa xətt oyunçusu Məqsəd İsayevin, "Qəbələ" "Neftçi"nin haitili sol cinah müdafiəçisi Donald Geryenin topu öz qapısına göndərməsinə sevinib. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" və "Keşlə"dən isə avtoqol edən olmayıb. 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB