TOP 10

Nəbiyevli “Viktoriya” 6 qola üzüldü

Dünya Futbolu
Tarix: 2020-06-28 21:00

Futbol üzrə Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. O, sadəcə, 39-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.


“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB