TOP 10

Nazarov mövsümün son matçında 90 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2020-06-28 20:00

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də mövsümün sonuncu matçına çıxıb.


Aue təmsilçisi 34-cü tur çərçivəsində səfərdə “Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan millimizin üzvü 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qola imza atan Nazarov bu dəfə fərqlənə bilməyib.


34 oyuna 47 xal toplayan “Ersgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB