TOP 10

Cavid İmamverdiyev "Sabah"ı digər paytaxt klubuna dəyişmək istəyir

Futbol
Tarix: 2020-06-28 18:21

"Sabah"ın yarımmüdafiəçisi Cavid İmamverdiyev klubunu dəyişmək istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu paytaxtın digər təmsilçisinə -"Keşlə"yə keçməkdə maraqlıdı.

 

Belə ki, bu komandanın baş məşqçisi Tərlan Əhmədov İmamverdiyevi sərəncamında görmək istəyir. Qış fasiləsindən sonra Cavid "Sabah"da faktiki olaraq şans əldə etmədi. Məhz bu səbəbdən o, yeni kluba keçmək istəyir.

 

İmamverdiyev "Sabah"a 2018-ci ilin iyul ayında 3 mövsümlük - 2021-ci ilin yayına qədər müqavilə imzalayaraq qoşulub. Bu da keçidin hazırkı klubunun razılığı olmadan mümkün olmadığı deməkdi.

 

Qeyd edək ki, Əhmədov artıq Cavid İmamverdiyevlə işləyib. Bu, "Neftçi"  Avropa Liqasının qrupuna düşəndə ​​baş verib.
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB