TOP 10

Türkiyəli baş məşqçi Azərbaycan Premyer Liqasıyla bağlı qərarı problem saydı

Futbol
Tarix: 2020-06-28 17:05

Moldova millisinin baş məşqçisi Engin Firat Millətlər Liqasına hazırlıqda qarşılaşacaqları problemləri dilə gətirib. Sport24.az xəbər verir ki, Azərbaycanda futbol mövsümünün vaxtından əvvəl başa çatdırılması qərarı da türkiyəli mütəxəssisi narahat edib: "Hollandiya çempionatı təxirə salındı, orada iki oyunçumuz var. Azərbaycan çempionatı ləğv edildi, orada 2-3 futbolçumuz var. Üç oyunçumuz olduğu Rumıniyanın ikinci liqası da başa çatdırılmadı. Nəticədə, fevral ayından bəri klublarında məşq etməmiş 8-9 oyunçum var".

 

Xatırladaq ki, Premyer Liqamızda 3 moldovalı futbolçu çıxış edir. Bunlar "Keşlə"nin qapıçısı Stanislav Namaşko və "Sabah"la "Zirə"nin yarımmüdafiəçiləri - Yevgeni Koçukla George Antondu. Onlardan Koçuk mütəmadi milliyə çağırılır, Anton da namizəddi. 
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB