TOP 10

"Bakı"ya avrokuboklarda qol vuran müdafiəçi 40 yaşında öldü

Futbol
Tarix: 2020-06-28 14:01

Slovakiya millisinin sabiq futbolçusu Marian Çişovski 40 yaşında dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu haqda onun bir vaxtlar çıxış etdiyi Plzen “Viktoriya Plzen”inin saytı məlumat yayıb.

 

Yerli mətbuatın yazdığına görə, 6 il əvvəl veteran müdafiəçiyə amiotrofik skleroz diaqnozu qoyulub. Marian  son illər nadir hallarda ictimaiyyət önünə çıxırdı.

 

Çişovski karyerası ərzində “Viktoriya Plzen”lə yanaşı “Jilina”, “Timişoara” və digər klublarda oynayıb, 15 matçda millinin şərəfini qoruyub. O, 15 il əvvəl UEFA Kubokunda "Bakı"a qarşı oynayaraq evdə 3:1 hesabıyla qalib gəldikləri cavab matçında qol vuraraq mərhələ keçməsində pay sahibi olub. 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB