TOP 10

“Qarabağ”ın futbolçusu rəsmən “Sabah”da

Futbol
Tarix: 2020-06-28 12:41

“Sabah” mövsümlərarası fasilədə 5-ci transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, son klubu “Qarabağ” olan qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb.


19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.


Xatırladaq ki, “Sabah” daha öncə "Qəbələ"dən Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və "Keşlə"dən kapitan Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB