TOP 10

Balayev müqavilə imzalamaq üçün qayıdır: "Qarabağ" 10 il əvvəlki tarixi təkrarlayır

Futbol
Tarix: 2020-06-27 20:50

Azərbaycan millisinin qapıçısı Emil Balayev sabah Bakıya qayıdacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı qapıçı növbəti həftənin ilk günü "Qarabağ"la müqavilə imzalayacaq.

 

Ağdam klubunun nümayəndələri Şəkidə istirahət edən Balayevlə artıq danışaraq bütün təfərrüatlar barədə razılığa gəliblər. Tərəflər 2 il müddətinə müqavilə imzalayacaqlar.
 

Böyük ehtimalla Balayev yeni mövsümdə ağdamlıların qapı xəttindəki son transferi olacaq. Bu o deməkdir ki, 2009/10 mövsümündən sonra ilk dəfə olaraq "Qarabağ" "çərçivə"ni yalnız Azərbaycan pasportu olan qapıçılara həvalə edəcək. 10 il əvvəl qolkiperlər kimi Fərhad Vəliyev və Sahil Kərimov “köhlən atlar”da çıxış edirdi. 

 

Xatırladaq ki, son klubu "Zirə" olan Emil bundan əvvəl də - 2016/17 mövsümündə "Qarabağ"ın formasını geyinsə də, debüt edə bilməmişdi. 
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB