TOP 10

"Sumqayıt"da 2-ci rəsmi ayrılıq - "Qarabağ"a yollandı

Futbol
Tarix: 2020-06-26 16:04

Azərbaycanı tarixində ilk dəfə avrokuboklarda təmsil edəcək "Sumqayıt"dan daha bir futbolçunun gedişi rəsmiləşib. Bu haqda klubun prezidenti Riad Rəfiyev "İdman TV"də efirə gedən "Extra Time" verilişində açıqlama verib.

 

O, Şəhriyar Əliyevdən sonra arxa xəttinin daha bir üzvünün - sol cinah müdafiəçisi Elnur Cəfərquliyevin gedişinin reallaşdığını bildirib: "Elnur 18 yaşında "Sumqayıt"da çıxışına başladı, mübariz futbolçu idi, ötən mövsümün tapıntılarından biri oldu. Üstəlik, 2000-ci il təvəllüdlü futbolçudu. Ancaq onun "Qarabağ"la müqaviləsi var, bizdə icarədə çıxış edirdi. Bu üzdən "Sumqayıt"la anlaşması bitəndən sonra müqaviləylə məxsus olduğu kluba qayıtdı. Şəhriyar Əliyev isə bizimlə müqavilə bitəndən sonra "Keşlə"yə keçməyə qərar verdi. O, həm yaxşı futbolçudu, həm də yaxşı insan. Şəhriyarın bizə köməyi çox dəydi və yeni klubunfa uğurlar arzulayıram".

 

Xatırladaq ki, "Sumqayıt" 4-cü pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb. 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB