TOP 10

"Neftçi" rəhbərliyi də məndən bunu soruşub, demişəm ki, hal-hazırda ehtiyac yoxdu, olduğu zaman sizə müraciət edəcəm"

Futbol
Tarix: 2020-06-26 11:14

"Klub rəhbərliyi də mənə bu sualı mənə verib ki, yeni köməkçiyə ehtiyac olarsa, hər zaman həyata keçirməyə hazırıq. Mən də dedim ki, hal-hazırda ehtiyac yoxdu. Ehtiyac olduğu zaman sizə müraciət edəcəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov bildirib.

 

Komandaya yeni mövsüm öncəsi yeni köməkçi gətirilməsi məsələsinə toxunan 43 yaşlı mütəxəssis buna hələ ki zərurət görmür: "Çünki elə işlər var ki, onu özüm görməliyəm, özüm baxmalıyam. Köməkçilərim var - İqor Getman, ispan Mario Fernandeş Kastelyano və Etibar Tarverdiyev. Bildiyiniz kimi, Mario fiziki hazırlıq üzrə, Etibar isə qapıçılarla işləyən məşqçidi. Hələ ki bu 3 köməkçi yetərlidi və onlar öz işlərinin öhdəsindən gəlirlər".

 

Məmmədov özünün müqavilə məsələsindən də söz açıb. Məlumdu ki, 2018-ci ilin yayında "Neftçi"də məşqçi kimi işə başlayan bu mütəxəssis qış fasiləsində cari mövsümün sonunadək komandanın "sükanı arxası"na gətirildi: "Çempionat başlamalıydı deyə müqavilələrimiz iki ay uzadıldı. Hal-hazırda bu məsələ gündəmdə deyil və bütün fikrimi seleksiya işlərinə yönəltmişəm. Aydın məsələdir ki, müqaviləsiz iş olmur və anlaşmanın müddəti bitəndə bu da həllini tapır. Sadəcə, hazırda karantin rejimindəyik, ev şəraitindəyik. Ofis rejimində çalışmırıq, seleksiya işlərini evdə internetlə, onlayn görürük. Hələ ki yalnız bu işləri görə bilirik".

 

Xatırladaq ki, son çempionat əvvəlcə iyulun sonunadək uzadılsa da, sonradan ölkədəki koronavirus pandemiyasındakı duruma, karantin rejiminin sərtləşməsinə görə mövsümün vaxtından əvvəl başa çatdırılmasına qərar verildi. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB