TOP 10

FIFA AFFA-ya maliyyə yardımının detallarını açıqladı

Futbol
Tarix: 2020-06-26 10:26

FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA da daxil olmaqla təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.

 

Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmaması nəzərə tutulub.

 

Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB