TOP 10

“Liverpul” çempion oldu - 30 ildə ilk dəfə

Dünya Futbolu
Tarix: 2020-06-26 01:12

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.


“Bernli” “Uotford”u minimal hesabla məğlub yola salıb. Səfərdə “Sauthempton”la qarşılaşan “Arsenal” turu inamlı qələbəylə başa vurub.


Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” səfərdə “Çelsi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə başa çatıb.


Mançesterlilərin bu xal itkisi isə lider “Liverpul”un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, “qırmızılar”ın 30 illik fasilədən sonra Premyer Liqada ilk çempionluğudu.


İngiltərə Premyer Liqası
31-ci tur

23 iyun


Lester – Brayton 0:0


Tottenhem – Vest Hem 2:0
Qol: Souçek, 64-öz qapısına. H.Keyn, 82.


24 iyun


Mançester Yunayted – Şeffild Yunayted 3:0
Qol: Marsyal, 7; 44; 74.


Nyukasl – Aston Villa 1:1
Qol: Qayle, 68 – Elmohamadi, 83.


Norviç – Everton 0:1
Qol: M.Kin, 55.


Vulverhempton – Bornmut 1:0
Qol: R.Ximenes, 60.


Liverpul – Kristal Pelas 4:0
Qol: Arnold, 23. Salah, 44. Fabinyo, 55. Mane, 69.


25 iyun


Bernli – Uotford 1:0
Qol: X.Rodriqes, 73.


Sauthempton – Arsenal 0:2
Qol: Nketia, 20. Uillok, 86.


Çelsi – Mançester Siti 2:1
Qol: Pulişiç, 36. Villian, 78-pen – De Breyne, 55.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB