TOP 10

“Keşlə” daha bir legionerini saxladı - RƏSMİ

Futbol
Tarix: 2020-06-25 15:40

“Keşlə”də çıxış edən daha bir oyunçunun taleyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Syerra-Leonedən olan 32 yaşlı yarımmüdafiəçi daha bir il "Keşlə"də çıxış edəcək.


Qeyd edək ki, Con Kamara 2019-cu ilin yanvarından “Keşlə”nin şərəfini qoruyur.


Paytaxt klubu daha öncə Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov və Miyuşko Boyoviçlə də yeni müqavilə imzalandığını açıqlamışdı. “Keşlə” həmçinin “Neftçi”dən Tural Axundovu, “Sumqayıt”dan isə Şəhriyar Əliyevi transfer edib.

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB